Anların aurası
4 Aprel 2023 10:38 MədəniyyətŞair Əkbər Qoşalının özünəxas gözəl şeirləri, ovsunlayıcı, işıltılı və gözlənilməz məqamlardan ibarətdir.
Bir şair, bilgisi və təcrübəsi zəngin olunca vəcdə gələ bilir, duyğuları o qədər güclü ve qarşısıalınmaz hala gəlir ki, şeir hasil olur. Ancaq Əkbər Qoşalının şeirləri məndə fərqli bir təsir də yaradır və bu təsir hər an, hər yerdə qarşımıza çıxır. Bu, bir şairin çevrəsini gözləmlədikdən və ya ruhunu dinlədikdən sonra "şeir gözləri"nin anidən açılıb parladığını fərq etməmi təmin etdi.
Əkbər Qoşalının şeirlərində yer alan obrazlar, təsvirlər olduqca məsum və səmimi olaraq oxucurların qarşısına sıx-sıx çıxır. Bu, bir at, bir beşik, bir xalı, bir qaya, bir məzar, bir çadır, bir ulduz, bir baxış, bir insan səsi, bir udum su da ola bilər... Görünən və görünməyən bütün bu şeylərin birər mahiyyəti - öz həyatı və iç canlılığı vardır. - Əl düzəni yoxmuş kimi var olurlar amma var kimi görünürlər, gerçək həyatın düzəninə qarışmırlar; gerçək həyatı təqlid etməzlər ancaq bəlli bir qanuna, yəni şair Əkbər Qoşalının ruhunun qanununa görə var olurlar...
"Qadınlar kişilərin çiynində gedir, Kişilər qadınların göz yaşlarında...
("Qadınlar da ölür, kişilər də..."). - Onun hər misrasında aura canlanır, canlandıqca da, müxtəlif irili-xırdalı dalğa halqaları əmələ gətirir. Bu dalğa halqaları tez-tez rezonans yaradır və necə deyərlər, müdaxilə edir, - bu da oxucunun hər işığın konkret olaraq harada yayıldığını söyləməsini çətinləşdirir, lakin onlar güclü və daim hərəkət edən işıq axınına qarışır...
Nəticə etibarı ilə Əkbər Qoşalının şeirlərini oxuyanda tez-tez konkret bir misranın üstündə dayanmaq istəmirəm, amma həmişə o güclü işığa heyran oluram və həmin işıq məni özünə çəkir. Beləliklə, demək olar ki, onun poeziyasındakı aura onun hər bir şeirini oxucunu gözəl, dəyişən bir dünyaya aparan talisman kimi üzə çıxarır. Doğrudur, burada dünya sublimasiya olunub, "zərərsizləşdirilib", ona görə də şair dünya həyatının xoşbəxtlik, qəzəb, məhəbbət, nifrət, kədər, sevinc, arzu kimi bütün səviyyələrini nura, səadət sevincinə, bu gözəl həyatın həzzinə çevirir...
"Üzüsuluykən ölsəydim...
Şeirimin sucan ömrü olsun"
("Suyun şərhi").
Bu misra Əkbər Qoşalının poetik dünyasının mövcudluğunun həm açıqlaması, həm də xəbərçisi kimi diqqətimi çəkdi. Bu, Azərbaycanın fərqli və çoxşaxəli ənənəvi mədəniyyətinə əsaslanan poetik dünyadır. Vyetnamlı oxucular Əkbər Qoşalının vyetnam dilinə tərcümə olunmuş şeirlərinə rəğbət göstərir. Onun poeziyası ilə Azərbaycan ruhunun gözəlliyinə heyran oluruq. O, xeyirxahlıq və səxavəti, səmimiyyət və qonaqpərvərliyi, cəsarət və dözümlülüyü göstərir. Azərbaycanlı şair dostum Əkbər Qoşalının poeziyası bu gün olduğu kimi gələcəkdə də Vyetnam oxucularının mənəvi həyatını zənginləşdirəcəkdir.
May Van Fan,
Şair, Beynəlxalq mükafatlar laureatı (Vyetnam)