Dahi şairimiz Nizami Gəncəvinin əsərlərində türk sözünün işlənmə məqamları
14 Mart 2023 11:54 Mədəniyyət✍Böyük şairimiz təkcə özünə götürdüyü Nizami təxəllüsü, Gəncəvi nisbəsi ilə deyil, həm də etnik kimliyi, əsərlərinə hopan milli ruhu, yəni bütün varlığı ilə türkdür, azərbaycanlıdır:
1. Türk sözü əsil-nəcabət, soy-nəsil anlamında:
Xudaya, torkzadəm ra to dani
Tərcüməsi:
İlahi, türk oğlu olduğumu sən bilirsən.
2. Şirin kimi Leylinin də Ərəbistanda yaşayan türk qəbiləsinə mənsub olduğunu göstərir:
Torkan-e ərəb neşineşan nam,
Xoş başəd torktazi əndam...
Tərcüməsi:
Adı türk olub Ərəbistanda yaşayan
ərəb türkünün əndamı da yaxşı olar
Ey tork, degər bər-e naz qoşadi,
Vəz xərmən-e mən qolbənd -e qəba baz qoşadi
Tərcüməsi:
Ey türk qızı, yenidən naz qapısını açdın,
Xərmənimdən qəbanın boyunbağısını yenidən açdın.
3. Türk sözü dövlətçilik anlamında:
Dövlət-e torkan ke boləndi qereft,
Məmləkət əz dad pəsəndi qereft
Tərcüməsi:
Türklərin dövləti yüksəldikcə,
Ölkəni ədalət bürüdü.
4. Türk sözü xalq, millət anlamında:
Gun ke to bidadgəri pərvəri,
Tork nə hendu-ye ğarətgəri
Tərcüməsi:
Sən zalım tərbiyə etsən,
Türk deyil, talançı hindlisən.
5. Türk sözü coğrafi ərazi anlamında:
Ze kuh-e Xəzər ta be dərya-ye Çin
Həme Tork por Tork binəm zəmin.
Tərcüməsi:
Xəzər dağından Çin dəryasına qədər
Türklərlə doludur bütün yerlər.
6. Türk sözü döyüş, savaş anlamında:
Ze peykan-e torkan in mərhəle
Təvan rixt bər pa-ye rus abale
Tərcüməsi:
Türklərin oxuyla yenə bu zaman,
Qabar əskik olmaz rus ayağından.
"Xosrov və Şirin"də "Türklər kimi atımı qabağa çəkdim" deməklə Türkün at çapmaq hünərini diqqətə çatdırır.
Məhəmməd peyğəmbəri tərif edən fəsildə "əhsən o türkə ki yeddi tayfanın başçısıdır" ifadəsini işlətməklə türkün qoçaqlığını, döyüşkənliyini anladır...
7. Türk sözü dil mənsubluğu anlamında:
Şair "Leyli və Məcnun"u türkcə yazmaq istəsə də, hakim feodal nəslin nümayəndəsi Mənuçöhrün oğlu Axsitan fars təsiri altında olduğuna görə buna mane olur..Və şairə məktubunda yazır:
"Torke sefət vəfa-ye ma nist, Torkane soxən səza -ye ma nist.." deyərək şairin təklifini etirazla qarşılayır..Bu cavabdan narazı qalan şair "Yeddi gözəl" əsərində Türkcəni aşağılayan kəslərə yazır:
Torkiyəmra dər in həbəş nə xərənd.
Lacərm doğba-ye xoş nəxorənd.
Tərcüməsi:
Türkcəmi bu həbəşdə alan yox,
Doğbanı bir yemək deyə sayan yox!.
8. Türk sözü şəxs adı anlamında:
Qoft: mən tork nazənin əndam,
Əz pedər torknaz darəm nam.
Tərcüməsi:
Dedi: Mən bədəncə türk nazənin,
Atam tərəfindən Türknaz adına malikəm
9. Dahi şairimizin əsərlərində türk sözü bədii təyin kimi işlədilmişdir: Məsələn, "Mənim ürəyimi alan türk", mənim gözəlim əvəzinə "mənim türküm", "incəbel türk", "xanımlar xanımı" və s. Əsərlərində türk gözəli aya, günəşə bənzədilir və s.
Bədxah farslar fakt qarşısında çıxılmaz vəziyyətdə qalıb etiraf edirlər:
Xaqanidən, Nizamidən "buye tork miayəd", yəni türk iyi gəlir. (Tərcümə prof. R. Eyvazovanın məqaləsindən iqtibas edilmişdir).
Farsların böyük Nizamiyə sahib çıxmaq arzusu, ərazi iddiaları mənə bir atalar sözümüzü xatırladır.
"İtdən soruşurlar ki, niyə hürürsən? Deyir, qorxuduram! Soruşurlar ki, quyruğun niyə əsir? Deyir: özüm də qorxuram".
Yəni, molla rejiminin dərdi əslində Nizami, Gəncə məsələsi deyil. Onları qorxudan Azərbaycanın bütövlüyü -- Güney Azərbaycanın müstəqilliyi məsələsidir.
Şahlar Göytürk
