"Yaqub müəllim, var olun!"
11 Fevral 2023 17:27 MədəniyyətTarixçi Nazim Xəlilov akademik Yaqub Mahmudovu doğum günü münasibətilə təbrik edib.
Olaylar.az həmin təbriki təqdim edir:
"10 fevral dəyərli ziyalımız Yaqub Mahmudovun doğum günüdür. Ona tək arzum var: Cansağlığı. Çünki can sağ olanda xoşbəxtlik də olur, uğur da.
O, böyük uğurlar əldə edib: "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenlərinə layiq görülüb, 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür və s. Məncə, onun ən mühüm uğurları bunlardır:
- Ulu öndər Heydər Əliyev onu Azərbaycanın "böyük alimi", "böyük tarixçisi" adlandırıb.
- Bu il Türkiyədə Yaqub müəllim adına xüsusi mükafat - "Şöhlət Əfşar və Yaqub Mahmudov" ödülü təsis edilib.
Yaqub müəllim, var olun!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31