Sevgi deyilmi?
5 May 2022 12:24 Mədəniyyət"Sevgi yoxdur, inanmıram, yalandır..."
-Söyləyən kəs, sizcə doğru deyirmi?
Vətən, ana, övlad yadda qalandır,
Onların sevgisi, sevgi deyilmi?
***
Sevgi məfhumunun çox mənası var,
Başa düşməyənin düşüncəsi dar...
Yaxşı insan, təmiz vicdan, saf qəlb var,
Bunların hamısı, sevgi deyilmi?
***
Tanrımıza inam, dindəki iman,
Torpağa bağlılıq, həsrətli güman.
Yağışlı havada göydəki duman,
Allaha olan sevgi, sevgi deyilmi?
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31