Yerinə

  Hüseyn Cavidin şeirini xatırlayaraq

Sülh məqsədli, xoşməramlı insanlar,

Qanı yuyub su tökərlər yerinə.

Qana susayanlar çoxmuş dünyada,

Suyu  kəsib qan axıdar yerinə.

***

"Qanı qanla deyil, suyla yuyarlar",-

Atalar sözüdür, düşür yerinə.

Su tapılmasa geniş səhrada,

Bulaq kimi su çəkərlər yerinə.

***

Suyu görcək sevinərlər insanlar,

Tanrı savab yazar onun yerinə.

Qanı kəssə hər kəs bütün dünyada,

O, adını yazar dahi yerinə.  

    Əlibalayeva Gülnarə

                                                    Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31