Aynadan baxaraq qonşuna gülmə,
Yuduğu paltarı ləkəli bilmə!
Əvvəl pəncərənin aynasını sil,
Anlayıb heç kəsin haqqına girmə!
***
Heç kimin əməlin pisliyə yozma,
Yaxşı insanların kefini pozma!
Əvvəl öz qəlbinin xəbisliyin yu,
Düşün və heç kəsin babalın yuma!
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist