Dəmirin çığırtısı

Qızıl, gümüş, dəmiri topladılar bir yerə,

Çəkiclə döyəcləyib hərəsinə bir kərə.

Dəmirin çığırtısı bərk yayıldı hər yerə,

Qızıl, gümüş hirs ilə söylədilər dəmirə:

-Biz səndən qiymətliyik, qışqırmırıq heç belə...

Dəmirsə kövrələrək, söylədi: - axı niyə?

-Anlamaq istəmirsiz dəmir dəyir dəmirə,

Özüm- özümü döydüm, incitdi ona görə...

Gülnarə Əlibalayeva

                              Cəfər Cabbarlı ev-muzeyinin  böyük elmi-işçisi, jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31