Qarabağ qazisinin “Ünvansız məktub” əsəri nəşr edilib

Qarabağ qazisi Ayaz Məmmədovun  "Ünvansız məktub" xatirə - povesti "Yeni Poliqrafist" Nəşriyyatında çapdan çıxıb.

Qarabağ döyüşlərinə həsr olunmuş əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür.

Kitabın anotasiyasında yazılır: "Ünvansız məktubu" həyəcansız oxumaq olmur və onu oxuyarkən müharibənin dəhşətli mənzərələrinin, dağıntılarının, düşmənin işğalçılıq siyasətinin şahidi olur, eyni zamanda, igid əskərlərimizin şücaəti, qorxmazlığı, vətən sevgisi ilə tanış olaraq qürurlanırıq.

Xatirə-povesti döyüşdə olan bir əskərin gündəliyi kimi də təsnif etmək olar..."

Kitabın tərtibçisi və məsləhətçisi AYB katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, redaktoru yazıçı Narıngül Nadir, rəssamı Ədalət Həsəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31