"Nə olursa xeyirimizə olur" - Aynişan ilk dəfə danışdı - Video

Əməkdar artist "Günün sədası" verilişində qonaq olub.

Olaylar.az xəbər verir ki, veriliş zamanı sənətçinin bloqer qızı Aynişan anası və özü haqqında danışıb:

"Mənim bitməyən bir sevgim var. Onun adı Aybəniz Haşımovadır. Mən Mən anadan olandan dərk edirəm ki, Aybəniz Haşımovanın qızıyam. Çünki anam fəqrli hörmət sevgi qazanıb insanların ürəyind. Bəzən anam valideyn olduğuna görə nəyəsə əsəbləşir. Amma çox vaxt mən çalışıram ki, anam məni anlasın. Çünki biz bir-birimizi anlamasaq kim anlayacaq bizi. Anam daha çox sevgisini göstərən insandır. Mən onun qədər göstərən deyiləm. Mən gözəl sözlər qura bilmirəm. İçimdə sevirəm. Hansısa vəziyyətdə görə bilər ki, sevirəm. Amma anam elə deyil. Mən bu həyatda anamı yeganə sakitləşdirən insanam. Mən hər şeyə rahat baxıram. Nə baş verirsə deyirəm baş verdi onsuz da. əsəbləşib nəyəsə reaksiya vermək düz deyil. Mən hər bir drammatik bir vəziyyəti komik bir duruma çevirə bilirəm.Anama demək istəyirəm ki, nə olursa xeyirimizə olur. Anam bu dünyada nə qədər yaşayacaqsa canı sağlam huzur içində olsun. Nə olursa həyatda olacağı kimi dəyərləndirsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31