Murad Boz yeni serialından danışdı
29 İyun 2021 10:45 MədəniyyətBaş rollarda Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstünün və mügənni Murat Bozun çəkiləcəyi "Netflix"in "Another Self" serialı böyük əks-səda doğurub.
Olaylar.az məlumat verir ki, bu günlərdə İstanbulun Etilər məhəlləsində görünən M.Boz media nümayəndələrilə ayaqüstü söhbət edib.
O, bildirib ki, əvvəllər də seriallarda qonaq oyunçu kimi yer alıb.
"Amma bu ilk baş rolumdur. Bu layihə mənim üçün bir başqadır", - deyə ifaçı bildirib.
Qeyd edək ki, serialın çəkilişləri yaxın zamanlarda başlayacaq. Onun yayımı isə 2022-ci ildə həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31