“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
20 Aprel 2021 13:34 MədəniyyətAzərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan"Filologiya və sənətşünaslıq" dərgisinin 2020-ci ilə aid ikinci sayı nəşr olunub.Jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və AzərbaycanRespublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal2019-cu ilə qədər "Xəbərlər" (Humanitar elmlər seriyası) adı ilə çap olunub."Filologiya və sənətşünaslıq" elmi jurnalının baş redaktoru AMEA-nınvitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru,akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin "DədəmQorqud: Azərbaycan ədəbiyyatının Homeri" məqaləsi ilə açılır.Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrəfəlsəfə doktoru Maral Yaqubova, baş redaktor müavinləri AMEA-nın müxbir üzvüƏrtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiyaheyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir."Elm" nəşriyyatında çap olunan jurnalın bu sayı "Ədəbiyyatşünaslıq""Dilçilik", "Sənətşünaslıq", "Resenziyalar", "Yubileylər" və "Xronika"bölmələrindən ibarətdir. "Bələdçi" Azərbaycan, ingilis və rus dillərindədir."Filologiya və sənətşünaslıq" jurnalının beynəlxalq redaksiya heyətinəTürkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycanədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq,folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrəelmi-tədqiqat əsərləri nəşr olunur.