Elza Seyidcahanın yeni şeiri: “Mal təzəyini divarlara yapırdım”

Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.

Olaylar.az xəbər verir ki, müğənni yeni şeirini sosial şəbəkədə paylaşıb:

At var idi

Vaxt var idi 

At var idi çapırdım

Mal təzəyini divarlara yapırdım

O bunu dedi, bu bunu dedi, axırdım

Həyatımı nağıllara taxırdım

Yaz ayının bal ayı  idi açırdım

Alanlara turp yarpağı satırdım

Cümlə-cahan nəğmə dolu qapıydım

Hər əsənə məsafəli bahar idim, saçırdım

Tüstü obam,  küsmə,  babam

Yüzünə yadam, sənə qonağam

Qamçım ilə atıma yetəni ov iti kimi qapanam

Atımı yenə də çapanam

Mal təzəyini divarlara yapanam

Dəlik-dilük, dülük-dülük yaranam

Cızma-qara, gülmə bala, yazanam

Atımı göylərə çapanam, çapanam.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31