Qızılları bankda zamindir: "29 min borcum var"
19 Aprel 2021 12:36 Mədəniyyət"Atam dostsevən olub, yeyib-içən biri idi. Atam hər zaman istəyirmiş oğlu olsun. Amma üç qızı doğulub. Atam Rusiyaya işləməyə gedib. Bir qohumumuz gəlib dedi ki, atanızın orada oğlu olub. Kaş olardı. Onu axtarırıq, interpola da vermişik. Tapsaq DNT analizi verəcəyik. Dörd bacının bir qardaşı olacaq".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Müğənni atasının ikinci nikahdan olan oğlunu axtardığını bildirib:
Müğənni bütün ziynət əşyalarının hazırda bankda olduğunu etiraf edib:
"Anamın evi söküldü, ona görə etdim. Novxanıda bağımız var idi, dələduzlar onu aldatdı. Anam düşünürdü ki, satıb bacılarıma ev alar. Sonra fikirləşdim ki, anama balaca ev alım. 25 min bankdan pul götürdüm. Ödəyirəm, amma hələ də borcum 29 mindir. Deyirəm ki, bəs, mən ödəyirəm borcumu, necə olur? Cavab verirlər ki, bizdə belədir". axşam.az