Eldar Quliyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Bu qərar mərhumun vəsiyyətinə uyğun olaraq ailəsi tərəfindən qəbul edilib. E.Quliyev həyat yoldaşının yanında torpağa tapşırılacaq. // "Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31