Müğənnidən gözlənilməz hərəkət: təyyarədə stüardessalara hücum etdi
13 Aprel 2021 12:28 MədəniyyətTürkiyəli müğənni Mehmet Erdemin ABŞ-a uçduğu təyyarədə çətin anlar yaşanıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, İstanbuldan Çikaqoya gedən Erdem uçuş zamanı spirtli içki içib.
Bundan sonra tez-tez sifarişlər verib və onunla gec maraqlanan stüardessalara acıqlanıb.
Müğənninin sənətinə yaraşmayan davranışlarla işçiləri təhqir etdiyi və olnara fiziki güc tətbiq etdiyi bildirilir.
Qeyd olunur ki, müğənni uçuş boyu davranışları ilə sərnişinlərə qorxulu anlar yaşadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31