Tolik keçmiş həyat yoldaşından danışdı: "Ailəsi, övladları var, düzgün olmaz..."

Aparıcı prodüser Tarix Əliyev (Tolik) keçmiş həyat yoldaşından danışıb.

Olaylar.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabından izləyicilərinin sualını cavablandırarkən söz açıb. Belə ki, izləyicilərdən biri Tolikə "Keçmiş həyat yoldaşınız desə ki, peşmanam, yenidən ailə həyatı quraq, birlikdə olarsınız?", sualını ünvanlayıb. 

Prodüser isə cavabında "Bu haqda suala cavab vermək düzgün olmaz. Çünki o xanımın ailəsi, övladları var. Allah onu xoşbəxt eləsin. Məncə heç belə bir şey olmaz da. Bu haqda çox danışmaq istəmirəm", - deyə bildirib.

Qeyd edək ki, Tolik bir dəfə - 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. Cütlük maddi imkansızlığa görə yollarını ayırıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31