Niyaməddin Musayev koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi
12 Aprel 2021 11:50 MədəniyyətXalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.
Olaylar.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.
Xəstəxanadan axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.
Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31