Tünzalədən Faiqlə bağlı suallara qəribə reaksiya
1 Fevral 2021 16:55 MədəniyyətXalq artisti Tünzalə Ağayeva küsülü olduğu həmkarı Faiq Ağayevlə bağlı sualları cavabsız qoyub.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, müğənni illər əvvəl F.Ağayevin "Neyləyim" klipində aktrisa kimi çəkilməsini xatırlamaq istəməyib.
O, "ATV maqazin onlarla"nın ona bunla bağlı sualına "Yadıma sala bilmirəm. Siz bilirsiz? hansı videodur, mənim yadıma salın" cavabını verib.
Faiq Ağayevin adını eşidən Tünzalə "Ola bilər. Mahnı da yadımdan çıxıb" deyərək, mahnını belə xatırlamadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31