Aygün Kazımova illərdir küsülü olduğu Brillant haqqında elə sözlər dedi ki... – “Yaddaşımdan silmişəm”
1 Fevral 2021 12:24 MədəniyyətXalq artisti Aygün Kazımova "Atv maqazin onlarla" proqramının "33 sual" rubrikasının qonağı olub.
Olaylar.az xəbər verir ki, o, illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova haqqında danışıb.
Belə ki, rubrikanın aparıcısı Ruslan Ağayev Kazımovaya işərisində Dadaşovanın fotosu olan bir zərf verib. Müğənni bir zamanlar yaxın rəfiqəsi B. Dadaşova haqqında bu sözləri söyləyib:
"Bəli... Necə elan edirlər? Səhnəmizin Brilliantı...Yaşanan o xoş anlarda qalmaq istəyirəm. Ondan sonra olanları yaddaşımdan silmişəm.
Qoymənim xatirəmdə gözəl qalsın. O gözəl an ki, onda biz mehriban idik: Zülfiyyə Xanbabayeva, mən və Brilliant. Vaqif Gərəyzadə istədi bizdən "trio"qrupu yaratsın, ancaq alınmadı.
Yenə o bağ olaydı... Gözəl söhbətlər edərdik... Bir bağçada oturardıq... Bir-birimiz haqqında gözəl müsahibələr verərdik".