"Sarı gəlin" balet kompozisiyası onlayn təqdim olunub
28 Yanvar 2021 13:44 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatr pandemiya dövründə yeni layihə həyata keçirib.
Olaylar.az xəbər verir ki, dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında milli dəyərləri özündə əks etdirən balet kompozisiya geniş tamaşaçı kütləsinə onlayn təqdim edilib.
Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.
Əməkdar artist Emin Əliyev quruluş verdiyi balet kompozisiyanın eyni zamanda ifaçısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31