“Xristian irsimizi tanıyaq” layihəsi davam edir VİDEO

Mədəniyyət Nazirliyinin "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində növbəti təqdimatı "Müqəddəs Georgi" gürcü-pravoslav kilsəsinə həsr edilib.

Bu barədə məlumat "Olaylar.az"a  Mədəniyyət Nazirliyindən verilib.

Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib.

Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.

https://www.youtube.com/watch?v=fOnY-sI5L0k

Gülər Seymrqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31