Azəriqızı Günelin AĞDAM HƏSRƏTİ
Azəriqızı ləqəbi ilə tanınan müğənni Günel Zeynalova Ağdamın sülh yolu ilə düşməndən azad edilməsi sevincini və vətən nisgilini instaqramda paylaşıb.
20 Noyabr 2020 13:13 MədəniyyətAzəriqızı ləqəbi ilə tanınan müğənni Günel Zeynalova Ağdamın sülh yolu ilə düşməndən azad edilməsi sevincini və vətən nisgilini instaqramda paylaşıb.
Olaylar.az xəbər verir ki, əslən Ağdamdan olan sənətçi bunları qeyd edib:
"Gözümüz çox aydın olsun. Qarabağın gözü, gözəllik guşəsi. 30 illik həsrət sona çatdı. Baba yurdum artıq azadsan, bizim idin, indi də bizim oldun. İlk əvvəl atam Rəhman Zeynalovun, anam Zöhrə, gözünüz aydın. Dədələrimizin məzarlarını gedib ziyarət edib, dualarımızı oxuyacağıq. Çox şükür... Bütün ağdamlılar, gözümüz aydın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31