"ATV-dən getməmişəm amma..." - Lalə Azərtaş yayılan xəbərlərdən danışdı - VİDEO

Bu gün mediada tanınmış aparıcı lalə Azərtaşın ATV kanalından getməsdi barədə xəbərlər yayılıb.

Bu gün mediada tanınmış aparıcı lalə Azərtaşın ATV kanalından getməsdi barədə xəbərlər yayılıb.

Olaylar.az xəbər verir ki, bu barədə aparıcı instaqram hesabında açıqlama yayıb. O, bildirib ki, bu xəbər yanlışdır və o, işinin başındadır. "Xəzər" TV-ə getməsi barədə yayılan xəbərlərə münasibətində isə Lalə bildirib ki, "Xəzər" - in rəhbəri Murad Dadaşovla dost münasibətləri var televiziyada işləmək barədə təkliflər gəlsə də hələki dəyərləndirməyib.

Qeyd edək ki, aparıcının işdən çıxması barədə xəbəri ilk dəfə Axşam.az saytı yayıb.

Sözügedən açıqlamanı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31