Tarix Muzeyinin eksponatları Rusiyada nəşr olunan kataloqda yer alıb
Tarix Muzeyinin eksponatları Rusiyada nəşr olunan kataloqda yer alıb
25 Fevral 2020 11:15 MədəniyyətRusiya Mədəniyyət Nazirliyi tərəfindən Ümumrusiya Dekorativ Sənətlər Muzeyində "İmperiya i Kavkaz. Orujiye, obmundirovaniye, ratnıye traditsii. XIX - naçalo XX veka" adlı sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə yerli və xarici ölkə muzeylərindən, habelə şəxsi kolleksiyalardan 600-dən çox əşya nümayiş etdirilib.
Bugünlərdə sərginin fotoşəkillərdən ibarət eyniadlı kataloqu nəşr olunub. Kataloqda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından materiallar, həmçinin müəssisənin Silahlar və bayraqlar, Təsviri materiallar fondlarının eksponatlarının fotosurəti də yer alıb. Həmin eksponatlar xanlıqların bayraqları, XIX əsr və XX əsrin əvvəllərinə aid silahlar, rəsm əsərləri və s. ibarətdir.
Kataloqun hazırlanmasında göstərilən elmi dəstəyə göyə redaksiya heyəti nəşrdə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirib.