Məşhur xanəndə yüksək vəzifəyə təyin olundu
Məşhur xanəndə Aytən Məhərrəmova Sumqayıt şəhər Muğam Mərkəzinə direktor təyin olunub.
24 Fevral 2020 16:11 MədəniyyətMəşhur xanəndə Aytən Məhərrəmova Sumqayıt şəhər Muğam Mərkəzinə direktor təyin olunub.
Olaylar.az bildirir ki, dəfələrlə respublika və beynəlxalq muğam müsabiqələrinin iştirakçısı və laureatı olan xanəndə mərkəzdə "Azərbaycan xalq musiqisi ifaçılığı tarixi" fənnini tədris edir.
Qeyd edək ki, Aytən Məhərrəmova 2011- ci ildə Muğam müsabiqəsinin qalibi olub. Xanəndə 2015-ci ildə Beynəlxalq Muğam Müsabiqəsində birincilik əldə edib. Aytən Məhərrəmova Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31