“Söz” ədəbi layihəsi Xocalı faciəsinin qurbanlarına həsr olunacaq

“Söz” ədəbi layihəsi Xocalı faciəsinin qurbanlarına həsr olunacaq

Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək  "Söz" ədəbi layihəsi növbəti tədbiri "Xocalı soyqımı"nın şəhidlərinə həsr olunacaq.
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq gecədə "Unutmadıq!" adlı bədii proqram təqdim olunacaq.  Gecədə Xocalı faciəsi qurbanlarının  xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları  və xalq musiqilərindən parçalar səsləndiriləcək. 
Xocalıya ədalət !, Xalqın gücü birliyində və yaddaşındadır ! şüarı ilə baş tutacaq tədbirə giriş sərbəstdir.
Qeyd edək ki, Mədəniyyət  Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31