Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir

Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir

Macarıstanın paytaxtında yerləşən məşhur "Urania" kinoteatrında Azərbaycan Kinosu günlərinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində  Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, "Urania" kinoteatrının direktoru Botond Elekeş, Macarıstanın İnsan Resursları Nazirliyinin dövlət katibinin müavini Zoltan Lorintsi, "Nar bağı" filmində baş rolun ifaçısı aktyor Qurban İsmayılov çıxış ediblər.

Çıxışlardan sonra "Nar bağı" filmi nümayiş etdirilib.

Azərbaycan Kinosu Günləri fevralın 22-dək davam edəcək. Budapeştlə yanaşı, filmlərin nümayişi Peç və Seqed şəhərlərində də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31