“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda
27 İyun 2019 11:40 Mədəniyyət"Dünya irsi. Gənc Peşəkarlar Forumu"nun üçüncü iş günü Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edib.
Olaylar.az bildirir ki, forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Tədbirin açılış mərasimində qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev forumun işinə uğurlar arzu edib.
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkəmizin zəngin mədəni irsi haqqında məlumat verən Vüqar İsayev Qobustan qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını qeyd edib.
Forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq üçün gözəl fürsət yarandığını diqqətə çatdırıb.
UNESCO-nun şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner forumun əhəniyyətindən danışıb. Tədbirdə çıxış edən Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanq forumun işinin uğurla davam etdiyini bildirib. Minja Yanq "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar" mövzusunda davam edən məruzələrdə çıxışını "Mədəni landşaftların qorunması" mövzusunda mühazirə ilə davam etdirib.
Sonra forum iştirakçılarının sualları cavablandırılıb.
Günün ikinci yarısında forum öz işini dəyirmi masa şəklində davam etdirib.