Yaponiyanın “IHI” simfonik orkestri Qara Qarayevin əsərini ifa edəcək
Yaponiyanın “IHI” simfonik orkestri Qara Qarayevin əsərini ifa edəcək
24 İyun 2019 15:41 MədəniyyətAzərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə iyulun 5-də Tokionun "Toyosu Civil Center" konsert zalında diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə təntənəli konsert keçiriləcək.
Olaylar.az bildirir ki, konsertdə Yaponiyanın "IHI" simfonik orkestri Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletindən parçalar ifa edəcək.
Orkestrin dirijoru Şinya Suqiura və musiqi tərtibatçısı Kyoko Matsuura bu tədbirin təşkili məqsədilə artıq bir neçə aydır ki, səfirliklə sıx əlaqədə hazırlıq işləri aparırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31