Notlar necə yaranıb? - Tanrının adı ilə başlayan MÜKƏMMƏLLİK
27 İyul 2018 14:46 MədəniyyətHeç düşünmüsünüz ki, not sistemini kim kəşf edib? Özü də niyə məhz do-re-mi-fa ardıcıllığı ilə...
Notların yaranmasının maraqlı tarixini təqdim edirik.
Dünyaca məşhur not sisteminin yaradıcısı Qvido d'Аrtessodur. Qvido 10-11-ci əsrlərdə İtaliyanın Toskana şəhərində yaşayıb. Hətta Florensiyada həmin monaxın xatirəsinə heykəl ucaldılıb.
Qvido müxtəlif məbədlərdə kilsə xor ifaçılığı üzrə ustad olub. Ömrü boyu İtaliyanı başdan-başa dolaşıb və not sistemini yaratmaq yolunda böyük əmək sərf edib.
Monaxın əsasını qoyduğu not sistemi və hər bir notun izahı aşağıdakı kimidir:
Do - Dominus - Tanrı;
Re - rerum - materiya;
Mi - miraculum - möcüzə;
Fa - familias рlanetarium - planetlər ailəsi, günəş sistemi;
Sol - solis - Günəş;
La - lactea via - Süd yolu
Si - siderae - Səma.
Qvidonun bu sistemi nəinki İtaliyada, eləcə də bütün dünyada günümüzədək təsdiqlənib, tədris olunur.
