Tolikdən Elzaya cavab: "Damla kimi reytinq toplayın..."
1 İyun 2018 18:32 MədəniyyətXəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahan prodüser Tarix Əliyevi (Tolik) məhkəməyə verəcəyini bildirib.
Axşam.az-a açıqlama verən Tolik məsələyə münasibət bildirib:
"Elza xanım məni məhkəməyə verir, əcəb edir, biz də onu sübut edərik ki, sözü özbaşına deməmişik. Deyir ki, İlhamə Quliyevanın dəfnində yox idin. Mən Elzadan fərqli olaraq Gəncədə dövlət tədbirinə təşkilatçılıq edirdim. Özüm boyda iki ədəd gül göndərdim məzarın üstünə.
Məni kiməsə puluna görə yaltaqlanmaqda günahlandırır. Aylıq qazancım Elzanın 1 ay toya getməkdə qazandığından üç dəfə çoxdur. Həm prodüserlikdən, həm aparıcılıqdan, həm də Gəncədə filarmoniyada təşkilatçılıq işlərindən maaş alıram. Elza ayın 30 günü toya getsə, yenə də ondan çox qazanıram. Əgər mən Damladan pul alıb, onla oturub bir stəkan çay içmişəmsə nə deyir olum. Amma əgər etməmişəmsə, Elza mənə dediyi kimi özü ac qalsın. Nə Damlanın, nə başqasının tərəfindəyəm. Mənim verilişimə gəlib Damla, tək oturub və studiyanı bəzətdirmişəm. Siz də Damla kimi reytinq toplayın sizi də efirlər tək çağırsın, 2 saat oxuyun. Siz gələn veriliş sizə görə reytinq yığmır. Efirdə reytinqi müğənniyə görə yox, özümə görə yığıram. Sizin kimilər gözəl mahnılar oxumur ki, gənclər də yeni çıxanlara qulaq asır. İndi əməkdar, xalq artisti gəncləri sıxışdırır, cavab verəndə də deyirlər ki, tərbiyəsizdilər. Getsin versin məni məhkəməyə, mən də sübut edəcəm hər şeyi".
Damlanın prodüseri Şamil isə açıqlamasında E.Seyidcahanın onlarla barışıq istəməsi haqda bunları deyib:
"Bizə ARB kanalından zəng etdilər ki, Elza xanım verilişdədir və Damla ilə danışmaq istəyir. Ona sual verilib ki, Damla ilə barışarsınız? O da cavab verib ki, barışaram, evimə gəlsin, mahnı da verərəm. Bizə telekanalın əməkdaşı bu cür dedi. Mən də Damlaya zəng vurdum, amma cavab vermədi. Sonra da dedi ki, proqrama baxaram, Elza xanım nə desə, çıxıb efirdə ona uyğun cavab verərəm. Dedi ki, mənim tərəfimi Tolik saxladı. Onun efirində də Elza xanıma cavab verəcəm".