Mənsum İbrahimovun səsi batıb?
Xalq artisti Mənsum İbrahimovun səsinin batması xəbəri yayılıb.
31 May 2018 15:21 MədəniyyətXalq artisti Mənsum İbrahimovun səsinin batması xəbəri yayılıb.
Küveyt səfəri zamanı sənətkarın səhhətində problem yaranıb və o, səsini itirib. İddialara inansaq, həkimlərin müdaxiləsi nəticəsində xalq artisti allergiyadan xilas olsa da, hələlik səsi bərpa edilməyib.
Əməkdaşımız sözügedən məsələylə bağlı M.İbrahimovun özü ilə əlaqə saxlayıb. Sənətkar xəbəri qismən təsdiqləyib:
"Ciddi bir şey deyil, yaz fəsliylə əlaqədar allergiya olmuşdum. Keçib getdi, hər şey qaydasındadır".
Qeyd edək ki, M.İbrahimov Küveytdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış üçün bu ölkəyə səfər etmişdi.
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31