Flora Kərimova qayınana olur: “Ağlıma gəlməzdi, 40 il sonra...”– Video

1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi "Qayınana" filminin müasir versiyası çəkiləcək.

Teleqraf.com xəbər verir ki, filmdə qaynana obrazını Xalq artisti Flora Kərimova canlandıracaq. Bu barədə müğənni özü məlumat verib. Layihənin çəkilişləri artıq başlanılıb.

F.Kərimova film haqqında təəsüratlarını bölüşüb: "Baş rolunu ifa etdiyim "Qayınana 2018" filminin çəkilişlərindən... Heç ağlıma gəlməzdi ki, 40 il öncə saundtreklərini ifa etdiyim filmin yeni versiyasında qayınana mən olacağam. Filmi gözləyin!"

Xalq artisti ilə yanaşı layihədə Elməddin Cəfərov, Sevinc Əliyeva, Elçin Muradov, Elçin Allahverdiyev, Riad Əbdülov, Azum Oqocukvo Joy və başqaları rol alıb. Filmin ən gözləniləməz qəhrəmanı "Papito" mahnısının məşhur ifaçısı, rumıniyalı müğənni Seeyadır.

Filmin ssenari müəllifi Nicat Dadaşov, operator Şahmar Səfəroğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31