Uşaqlar günündə xeyriyyə yarmarkası

İyunun 1-də UAFA Uşaqlara Dəstək Təşkilatı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “3 alma” nın sponsorluğu ilə çap olunan “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, hər səhifəsində xüsusi qayğıya ehtiyac duyan uşaqların arzu və xəyallarının yer aldığı bu kitab, müvafiq dövlət qurumlarının diqqətini cəlb etməli və incəsənət vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşması üzrə platformanın yaradılması və inkişafı dövlət və özəl sektorların davamlı əməkdaşlığı istiqamətində önəmli bir addım olmalıdır.

İyunun 1-də UAFA Uşaqlara Dəstək Təşkilatı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə "3 alma" nın sponsorluğu ilə çap olunan "Əgər sehrli çubuğum olsaydı..." adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Olaylar.az bildirir ki, hər səhifəsində xüsusi qayğıya ehtiyac duyan uşaqların arzu və xəyallarının yer aldığı bu kitab, müvafiq dövlət qurumlarının diqqətini cəlb etməli və incəsənət vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşması üzrə platformanın yaradılması və inkişafı dövlət və özəl sektorların davamlı əməkdaşlığı istiqamətində önəmli bir addım olmalıdır.

Gün ərzində layihədə iştirak edən uşaqların əsərlərindən ibarət xeyriyyə yarmarkası və təqdimatı keçirilən kitabın satışı gerçəkləşəcək. Əldə olunan bütün vəsait imkanları məhdud olan uşaqların ailələrinə təqdim olunacaq.

UAFA tərəfindən dəvət olunmuş istedadlı uşaqların parlaq çıxışı təqdimata xüsusi rəng qatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31