“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert
Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yeni səslər, qədim havalar” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. “Yeni səslər, qədim havalar” adlı konsertin məqsədi Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.
30 May 2018 14:34 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yeni səslər, qədim havalar" adlı konsert keçirilib.
Olaylar.az bildirir ki, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. "Yeni səslər, qədim havalar" adlı konsertin məqsədi Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.
Konsertdə gənc və cavan ifaçılar Pərviz Cəfərov "Osmanlı divanisi", Ramin Qarayev "Təxmis", Samir Pənahov " Ruhani", Elçin Vəliyev " Misri", Neymət qrupu "Naxçıvani", Nicat Neymət " Yanıq Kərəmi", Əfsanə Kəriimova "Ağır şərili", Əli Zeynalabdinov " Dilqəmi", Familə Göyçəli "Qəhrəmani" və Misri qrupu "Kərəm gözəlləməsi"ni ifa ediblər.
Tədbirin ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.