Musiqili Teatrda PREMYERA
Mayın 31-i saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyera olacaq. Olaylar.az bildirir ki, Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məhşur "Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
30 May 2018 13:16 MədəniyyətMayın 31-i saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyera olacaq. Olaylar.az bildirir ki, Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məhşur "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
"Dünyada ilk dəfə "Qodonun intizarı" - absurd aləmin şah əsəri üçün simfonik musiqini məhz Azərbaycanda xalq artisti, professor Fərəc Qarayev yazıb. Fərəc Qarayevin "Qodonun intizarı" simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Və hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqqda məlumat verilmir. Qodo söz verib ki, Estraqon və Vladimirlə görüşsün və onlara nəsə versin. Amma bu "nəsə" nədir? Ölüm? Qurtuluş? Onların yaşamaqları üçün səbəb? Amma ortada bir şey var ki, Estraqon və Vladimir Qodonu nə üçün gözlədiklərini unudublar..." - deyə Teatrın direktoru Ə. Lalayev bildirib.
Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Hüseyn Əlili və on dörd yaşlı aktyor Hüseyn Nağıyev ifa edirlər. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.