Məktəbin 60 illik yubileyi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura” ilə başlayıb. Sonra şagirdlərin ifasında “Heyratı” zərb muğamını, V.A. Mosartın “Seraldan qaçırılma” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı “Şirvan gözəlləməsi” əsərini, nağaraçalanlar ansamblı isə “Azərbaycan ritmləri” ni təqdim ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Olaylar.az bildirir ki, konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ilə başlayıb. Sonra şagirdlərin ifasında "Heyratı" zərb muğamını, V.A. Mosartın "Seraldan qaçırılma" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı "Şirvan gözəlləməsi" əsərini, nağaraçalanlar ansamblı isə "Azərbaycan ritmləri" ni təqdim ediblər.

Məktəbin xor kollektivi C. Qerşvinin "Əl çalın" və R. Hacıyevin "Bakı haqqında mahnı"sını məharətlə ifa ediblər.

Konsertdən sonra Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Rövşən Məmmədov təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, respublika və beynəlxalq müsabiqələrdə laureatlar alan şagirdlərdən və digər əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31