Xalq artisti prezidentə təşəkkür etdi
Xalq artisti fəxri adına layiq görülən xanəndə Teyyub Aslanov Olaylar.az vasitəsilə ölkə prezidentinə təşəkkür edib.
29 May 2018 13:30 MədəniyyətXalq artisti fəxri adına layiq görülən xanəndə Teyyub Aslanov Olaylar.az vasitəsilə ölkə prezidentinə təşəkkür edib.
Cənab Prezident!
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə məni və dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyiniz üçün qürur hissi keçirir və Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Siz ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı göstərirsiniz. Ölkəmiz Sizin rəhbərliyiniz altında mühüm uğurlar qazanıb, apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub. Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bundan sonra da yaradıcılığımla Azərbaycanın adını daha da yüksəklərə qaldırmaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Hörmətli cənab Prezident! Bir daha Sizə minnətdarlığımı bildirirəm və müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram !
Hörmətlə: Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti , xanəndə Teyyub Aslanov .