Maral Tahirqızı haqqında bütün sirrlər üzə çıxdı
29 May 2018 12:42 MədəniyyətMüğənni Maral Tahirqızı verilişlərin birində qonaq olub.
Efirdə ifaçı haqqında sujet yayımlanıb. Sujetdən bəlli olub ki, sənətçinin Azərbaycan Dövlət Televiziyasının Fondunda 36 mahnısı var. Görüntülərdə ifaçının şəxsi həyatı haqqında da danışılıb. Kadrlarda deyilib ki, Maral Tahirqızının müğənniliyə marağı olduğu üçün atası razı olmayıb və onu erkən yaşda ərə verib. Belə ki, valideyni 16 yaşında ona toy edib. M.Tahirqızı 2 il 6 ay ailəli olduqdan sonra ərindən boşanıb.
Verilişdə yayımlanan sujetdən sonra ifaçı özü haqqında ilginc açıqlamalar verib: "Mən xalq artisti Arif Babayev kimi sənətkardan 3 il dərs almışam. İfaçılıq sənətindən başqa bir çox yüksək vəzifəli yerlərdə çalışmışam".
Maral onu təhqir edənlərdən də söz açıb: "Məni tanımırlar. Amma təhqir edirlər. Ünvanıma xoş olmayan sözlər deyən şəxslər özlərinə baxıb, sonra məni təhqir etsinlər. Heç kimin ixtiyarı yoxdur ki, mənə təhqirlər yağdırsın. Hamı bilsin ki, mən hər şeydən öncə Azərbaycan xanımıyam".
SİA