Tolik verilişində Elzayla dava etdi: "Elə hərəkət edin ki, öləndə sizə rəhmət oxusunlar" - VİDEO
29 May 2018 12:36 MədəniyyətƏməkdar artist Elza Seyidcahan verilişlərin birində müğənni Damlanın şəklini cıraraq, ünvanına xoşagəlməz sözlər yağdırıb. SİA-nın məlumatına görə, Elza Damla haqqında bunları deyib: "Adı Məsumədir. Mənim nə nəslim, nə pişiyim, nə də itim ona qulaq asa bilməz. Bir insan ki, adından utanır. O, atasına görə niyə ağlayır? Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan adını dalğa qoyar. Olar "Dalğa". İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan? Onunla ötən gün eyni verilişdə oldum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş".
Əməkdar artistin bu sözlərinə və hərəkətinə prodüser-aparıcı Tolik səssiz qala bilməyib. Belə ki, Tolik Elzaya idarə etdiyi verilişdə sərt sözlər söyləyib: "Elza xanımı çox istəyirəm. Amma onun qonşu kanalların birində Damlanın şəklini cırması və haqqında xoş olmayan sözlər deməsi məni əsəbiləşdirdi. O, proqramların birində bildirib ki, "Nə pişiyim, nə də itim ona qulaq asa bilməz. Azərbaycan xalqına gələn xəta-bəla sizin saxladığınız heyvanlara gəlsin. Elza xanım guya sizin şeirlərinizi Səməd Vurğunun yaradıcılığı ilə müqayisə etmək olar? Hər bir kəsin ayıbı var. Verilişdə bildirmisiniz ki, "İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan?" Sizin bu sözlərinizə münasibət bildirmək istərdim ki, Damla atası vəfat etdikdən 2 ay sonra ilk dəfə mənim proqramımda qonaq oldu. Verilişi də mən bəzəmişdim. Damla xanımın fanat ordusu var. Sizin haqqınız yoxdur ki, sözügedən ifaçını və onu bəyənən azərbaycanlıları təhqir edəsiniz. Son günlər Elza Seyidcahanda paxıllıq hissləri yaranıb. Elza xanım niyə gənc nəslin nümayəndələrini sıxışdırıb, sənətdən uzaqlaşdırmaq istəyirsiniz? Bu gün xalq Üzeyir Mehdizadəni və Damlanı toya dəvət edirlər. Neyləyək ki, sizi el şənliklərində görmək istəyənlərin sayı azdır. Ona görə də bu gün elə hərəkət edin ki, öləndə sizə rəhmət oxusunlar".
Tolik bu ismarıcları cavabsız qalmayıb. Belə ki, əməkdar artist Tolikin efirinə telefon bağlantısı ilə qoşulub: "Mənim Damla ilə heç bir şəxsi problemim yoxdur. Onu təhqir etməmişəm. Sadəcə olaraq, peşəkar musiqiçi kimi bildirmək istəmişəm ki, Damla Azərbaycan musiqisinə xələl gətirir. O, Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə verdiyi töhvələri məhv edir. Mənim sənətimdə problem olsa kimsə məni tənqid etsə, həmin şəxsin məsləhətlərinə qulaq asaram. Yoxsa yaltaqlıq etmərəm. Kimsə mənə yaltaqlıq edirsə, həmin şəxs düşmənimdir".
Aparıcı E. Seyidcahana "Damlanın hansı mahnısında qəbahət var? Xüsusi ilə qeyd edim ki, proqramıma dəvət etdiyim şəxsə görə heç kimin ixtiyarı yoxdur ki, məni qınasın. Elza xanım, siz Damlanı və onun timsalında bir çox gənc müğənniləri Üzeyir Hacıbəyovla müqayisə edə bilmərsiniz. Ən əsası mən Damlaya yaltaqlıq etmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, gərək siz böyüklük edərdiniz. Efirdə Damlanın şəklini cırmaqdansa, kənara qoyub, susa bilərdiniz. Çünki Damla hər şeydən öncə bir anadır. Onun övladı var. Elza xanımın sözlərindən belə başa düşdüm ki, Şəfa Hüseynova illər öncə sevilirdi. O, indi yaşasaydı, onu da təhqir edəcəkdiniz".