Keçmiş əri Mənzurəni oğurluqda ittiham etdi

ARB-nin "Səhər-səhər" verilişində qonaq olan müğənni Mənzurə Musayeva keçmiş ailəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.

Müğənni həyat yoldaşından danışıb:
"Həyat yoldaşım məndən boşanmaq istəmirdi. Məhkəmədə dedi ki, Mənzurə anamın qızıl papağını oğurlayıb. Mən də məəttəl qaldım ki, nə qızıl papaq, qayınanamın qızıl papağı olub bəyəm? Sən demə, məndən boşanmamaq üçün belə deyib. İstəyirmiş ki, vaxtı uzatsın. Məhkəmə o qızıl papağı axtara-axtara qalsın. Qayınanam əslində həqiqətən qızıl kimi arvad olub".

Yenicag.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31