“Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa
Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib.
22 May 2018 15:19 MədəniyyətAzərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" adlı dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, 1839-cu ildə Osmanlı dövlətinin "tənzimat islahatı"nı qəbul etməsi ilə həyata keçirilən islahatlar ədəbiyyata ciddi təsir edib.
Milli Arxiv idarəsinin rəis müavini, professor Əsgər Rəsulov Azərbaycan və Türkiyə arasında tarixən mövcud olan ədəbi əlaqələrin inkişafından, yanaşma tərzlərindən bəhs edib. Ə.Rəsulov qeyd edib ki, iki ölkənin dil və mədəniyyətində mövcud olan oxşar cəhətlər ədəbi-bədii fikirlərin də bənzər olmasında rol oynayıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva "Qardaş köməyi" adlı dərgi haqqında təqdimat edib. N. Mustafayeva adıçəkilən dərgidə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd Səid Ordubadinin yaradıcılığına yer verildiyini bildirib.