Tanınmış incəsənət ustaları Küveytdə alqışlarla qarşılandılar

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Küveyt dövlətinin paytaxtı Əl Küveyt şəhərində Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyinin, həmçinin Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının birgə təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

Olaylar.az bildirir ki, Küveyt dövlətinin Parlament məsələləri üzrə dövlət naziri Adil Əl Xurafi, Küveyt əmirinin nəvəsi Şeyx Talala, Türkiyə, Rusiya, Qazağıstan, Gürcüstan, Qırğızıstan səfirliklərinin nümayəndələri və çoxsaylı xarici qonaqların iştirak etdiyi bu təntənəli konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının və gənc vokalçılarının çıxışları maraqla qarşılanaraq gur alqışlarla müşayiət olunub.

Azərbaycan mədəniyyətini təmsil edən professional ifaçılar arasında Musiqili Teatrın solisti, Beynəlxalq Müsabiqələr Laureatı, istedadlı aktrisa Aydan Həsənova da öz çıxışı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestri və Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə Aydan Həsənova Niyazinin "Arzu", Tofiq Quliyevin "Əziz dost" mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31