“Türkcə Əl Yazmaları” adlı kitabın təqdimatı keçiriləcək
22 May 2018 14:07 MədəniyyətMayın 25-də Bakı Yunus Emre İnstitutunun konfrans zalında Bakı Yunus Emre İnstitutunun təşəbbüsü və dəstəyi ilə hazırlanan "AMEA M.Füzuli Adına Əl Yazmaları İnstitutundaki Türkcə Əl Yazmaları" adlı kitabın təqdimatı keçiriləcək.
Bakı Yunus Emre İnstitutunun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "AMEA M.Fuzuli Adına Əl Yazmaları İnstitutundakı Türkcə Əl Yazmaları" adlı çalışma bu kitabxanada olan türkcə əl yazmalarının tərif və təsnifini özündə ehtiva edir. Yunus Emre İnstitutunun dəstəyi ilə Dos. Mehmet Nuri Çınarcı tərəfindən hazırlanan bu çalışmanın türk dili ve ədəbiyyatı sahəsində mütəxəssis olan elm adamlarına da kömək olacağı düşünülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31