“XX Beynəlxalq Monodram” festivalından Qran Pir
” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında uğurla iştirak edərək vətənə Qran Pri mükafatı ilə dönüb.
18 May 2018 16:00 Mədəniyyət" Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Makedoniyanın Bitola şəhərində keçirilən "XX Beynəlxalq Monodram" festivalında uğurla iştirak edərək vətənə Qran Pri mükafatı ilə dönüb.
Olaylar.az bildirir ki, festivalda Patrik Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa nümayiş olunub.
Aktyor səfər təəssüratlarını bölüşərkən bildirib ki, festivalda güclü, modern tamaşalar var idi. Onlarla rəqabət aparıb yeganə mükafatı Azərbaycan adına qazanmaq əlbəttə ki, həm gözlənilməz uğur həm də böyük sevinc hissləri yaşatdı.
Festivalda Makedoniya, Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya , Bolqarıstan teatrları təmsil olunub. Uğurlu iştirak və qələbə qazanan ADGTT təşkilat komitəsi tərəfindən növbəti il keçiriləcək tədbirə də dəvət alıb. Azərbaycanlı aktyorun uğuru Makedoniyada yerli telekanallar tərəfindən işıqlandırılıb, çoxsaylı süjetlər, radio müsahibələr hazırlanıb.