Muzeyin fəaliyyəti qiymətləndirildi
1993-cü ildə “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan HUMAY Milli Mükafatının 26-cı təqdimetmə mərasimi keçirilib. Mükafat hər il tanınmış mədəniyyət xadimlərinə, eləcə də idman və televiziya nümayəndələrinə təqdim edilir.
18 May 2018 15:53 Mədəniyyət1993-cü ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan HUMAY Milli Mükafatının 26-cı təqdimetmə mərasimi keçirilib. Mükafat hər il tanınmış mədəniyyət xadimlərinə, eləcə də idman və televiziya nümayəndələrinə təqdim edilir.
Olaylar.az bildirir ki, təltif olunmuşlar arasında ötən il 80 illik yubileyini qeyd edən Azərbaycan Milli İncəsənət Muzeyi xüsusi vurğulanır. "Azərbaycan Milli və Dünya sənət əsərlərinin geniş təbliği və qorunmasına görə" mükafatının təltifi "HUMAY" Milli Mükafatı Akademiyasının görkəmli mədəniyyət xadimlərinin qərarı ilə verilib.
Hazırda Milli İncəsənət Muzeyinin fondunda nadir eksponatların çoxluq təşkil etdiyi 18 mindən artıq incəsənət əsəri saxlanılır. Muzey paytaxtın mədəni həyatının ayrılmaz hissəsi və fəal iştirakçısıdır.
Akt zalında muzeyin bütün əməkdaşları və Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq baş tutdu.
Təntənəli tədbiri açan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev hər kəsi salamlayaraq, muzeyin kolletivini daha bir "zirvə" ilə təbrik etdi.
Daha sonra söz respublikanın Mədəniyyət Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova çıxışında Azərbaycan Milli İncəsənət Muzeyinin ölkənin ən aparıcı muzeyi olduğunu qeyd etdi. Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova muzeyinin direktoru, professor Çingiz Fərzəliyevə minnətdarlığını bildirərək.
Muzey respublikanın azyaşlı uşaqlarının daxil olduğu müxtəlif yaş kateqoriyaları üçün çoxsaylı tədbirlər keçirir. Həmçinin sərgi zallarında daima müxtəlif sərgilər, mühazirə və ədəbi gecələr təşkil edir.