Rəsm müsabiqəsi – “Azərbaycanım”
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinə 15 yaşa qədər 800-ə yaxın uşaq, 2000-dək işlə qatılıb.
18 May 2018 15:50 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində "Azərbaycanım" adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinə 15 yaşa qədər 800-ə yaxın uşaq, 2000-dək işlə qatılıb.
Olaylar.az bildirir ki, müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilib. Sərgidə həmçinin Qazax rayonu məktəbliləri arasında keçirilən "Qazağım mənim" müsabiqəsində seçilmiş 10 ən yaxşı əsərin nümayişi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən yaxşı işin müəllifi festivala qatılacaq.
Müsabiqənin yekun sərgisi 22 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.