Evinə girən fanatını həbs etdirdi
18 May 2018 13:05 MədəniyyətAmerikalı pop ulduzu Teylor Svift fanatını həbs etdirib. Məhkəmə ötən ilin mart ayında evinə girməyə çalışan Məhəmməd Caffard barəsində hökm verib.
Hökmə əsasən, müğənninin pərəstişkarı 6 ay müddətində həbs olunub. İkinci dərəcəli oğurluqda ittiham olunan fanat üçün beş illik şərti olaraq təxliyyə qərarı verilib.
Qeyd edək ki, o, 28 yaşlı Teylorun evinə iki ayda 4 dəfə girməyə cəhd edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31