“Superman”in sevgilisi vəfat etdi
“Superman” serialında Luis Leyn xarakterini canlandıran kanadalı aktrisa Marqot Kidder vəfat edib.
16 May 2018 18:19 Mədəniyyət"Superman" serialında Luis Leyn xarakterini canlandıran kanadalı aktrisa Marqot Kidder vəfat edib.
69 yaşlı aktrisa ABŞ-ın Montana ştatındakı evində dünyasını dəyişib.
Marqot 1970 və 1980-ci illərin məşhur "Superman" filmlərində (4 seriya) film qəhrəmanının platonik sevgilisi, jurnalist Luis Leyn obrazını canlandırmışdı.
Kanadalı aktrisa şöhrət əldə etdikdən sonra psixoloji problemlərlə üzləşmişdi. 1996-cı ildə isə yoxa çıxaraq mətbuatın gündəminə çevrilmişdi.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31