Rabindranat Taqorun yaradıcılığı müzakirə olundu

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları salamlayararaq, dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir etdiyini deyib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb.

R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edib.

Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu deyərək, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb.

Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin

Sonda Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti mərkəzinin kollektivinin ifasında R.Taqorun müəllifi olduğu şeirlər və mahnılar səsləndirilib.

1861-ci il mayın 7-də Hindistanın Kəlküttə şəhərində dünyaya gələn R.Taqor 1941-ci il, avqustun 7-də dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31